Şamaxıda növbəti səyyar qəbul rayonun Səfalı kəndində keçirilib
Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul rayonun Səfalı kəndlərində keçirilmişdir
Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı Rayon Polis şöbəsinin rəisi Əlyəddin Səfərov, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.
Qəbulda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətin başçısı Tahir Məmmədov son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şamaxıda aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.
Milli Məclisin deputatı Tamam Cəfərova son illər regionlarda , xüsusən də kənd və qəsəblərimizdə sakinlərin rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən geniş söhbət açdı.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar veriildi, bəzi problemlər isə yerindəcə öz həllini tapdı.