Şamaxıda növbəti səyyar qəbul rayonun Qaladərəsi və Keçməddin kəndlərinin sakinləri ilə keçirilib
14 iyul 2022 | 17:01
Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, bəzi problemlər isə yerindəcə öz həllini tapıb.