Şamaxıda növbəti əmək yarmarkası təşkil olunub
28 noyabr 2025 | 18:01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialının təşkilatçılığı və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil olunub.
Yarmarkada 14 müəssisə tərəfindən müxtəlif sahələr üzrə ümumilikdə 110 vakansiya təqdim edilib. Tədbirdə 150 dən çox şəxs iştirak edib, onlara mövcud vakansiyalar üzrə iş şərtləri və tələblər barədə ətraflı məlumat verilib. İşəgötürənlər tərəfindən namizədlərin uyğunluğuna dair qeydiyyat aparılıb.
Əmək yarmarkasında həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialı da iştirak edib. Tədbir iştirakçılarına filialın fəaliyyəti, həssas əhali qruplarına göstərilən dəstək, yaradılmış şərait, həmçinin onların yaradıcılıq potensialının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, “DOST Evi” üzvlərinin hazırladığı əl işləri də sərgilənib.






