Şamaxıda "Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi ilə bağlı mülki müdafiə hazırlığının kompleks yoxlanılmasının nəticələri" ilə əlaqədar rayon müşavirəsi keçirilib
Oktyabrın 17-də Fövqəladə Hallar Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Rayon ərazisində fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq inzibati, ərazi idarəetmə, yerli özünüidarəetmə orqanlarının, təsərrüfat obyektlərinin, təhsil, özəl və digər müəssisələrin mülki müdafiə hazırlığının kompleks yoxlanılmasının nəticələri” ilə əlaqədar müşavirə keçirilib.
Müşavirədə FHN-nin Şimal-Qərb Regional Mərkəzinin Mülki müdafiə idarəsinin, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun idarə, müəssisə və təşkilatlarının, həmçinin yerli özünüidarəetmə orqanlarının məsul şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hikmət Şikarov Mülki müdafiənin əsas məqsədinin insanların ətraf mühitdə təhlükəsizliyinin və sağlamlığının qorunması olduğunu bildirib, həmçinin mülki müdafiə qaydalarından bəhs edib.
Sonra FHN-nin Şimal-Qərb Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi vəzifəsini icra edən daxili xidmət mayoru Sarvan Əsədov rayon ərazisində fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq inzibati, ərazi idarəetmə, yerli özünüidarəetmə orqanlarının, təsərrüfat obyektlərinin, təhsil, özəl və digər müəssisələrin mülki müdafiə hazırlığının kompleks yoxlanılmasının nəticələri, nümunəvi hallar, həmçinin bu sahədə yol verilmiş nöqsanlar barədə məlumat verib.
Müşavirədə hər bir kəsin Mülki müdafiə tədbirlərinə əməl etməsinin vacibliyi, bu sahədə ümümvətəndaş məsuliyyəti sərgiləməli olduğunun zəruriliyi bildirilib.
Həmçinin bu sahədəki qaydalara əməl olunması, hər il müəyyən olunan Mülki müdafiə haqqında tədbirlər planındakı məsələlərin icrasında vəzifəli şəxslərin məsuliyyəti, kompleks yoxlamanın nəticələri və məsələlərdən irəli gələn digər tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.