Şamaxıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Bayramov Ağarza Seyidrza oğlunun 80 illik yubiley tədbiri keçirilib
16 aprel 2024-cü il tarixində Şamaxı Rayon İcra Hakimiyyəti, YAP Şamaxı rayon təşkilatı və rayon icra hakimiyyəti yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə rayonun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Bayramov Ağarza Seyidrza oğlunun 80 illik yubiley tədbiri keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və rayon ictimaiyyətinin nümayəndələri Ağarza Bayramovun rayonumuzun ictimai-siyasi həyatındakı xidmətlərindən bəhs ediblər. Tədbir iştirakçıları Ağarza Bayramovu yubileyi münasibətilə ürəkdən təbrik edib, ona can sağlığı və gələcək həyatında uğurlar arzulayıblar.
Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Ağarza Bayramov 80 illik yubiley münasibətilə Fəxri Fərmanla təltif edilib və ona qiymətli hədiyyələr verilib.