Şamaxıda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib
Sentyabrın 6-da Şamaxı şəhərində Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Elm və Təhsil naziriyinin aparat rəhbəri Mətin Kərimli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikası Təhsil İnstitutunun Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinin direktoru İbrahim Baxışlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov, təhsil işçisi olan şəhid ailə üzvləri, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin struktur üzrə bölmə rəhbərləri və əməkdaşları, həmin ərazilərdə çalışan məktəb direktorları, bağça müdirləri, müəllimlər və digər rəsmi qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar şagirdlərin rəsm, idman, əl işləri və digər mövzulardan ibarət təşkil olunan sərgiyə baxış keçiriblər.