Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Müdrik lider, qalib sərkərdə” adlı elmi-praktiki konfrans keçirilib

13 oktyabr 2023 | 17:52

13 oktyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin 15 oktyabr 2003-cü il tarixdə ilk dəfə Azərbaycan Respublikasının prezidenti seçilməsinin 20 illiyi münasibətilə “Müdrik lider, qalib sərkərdə” adlı elmi-praktiki konfrans keçirilib.

Konfransda ilk öncə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyəti haqqında video çarx nümayiş etdirilib.

Daha sonra konfransda çıxış edənlər Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU Şamaxı filialının rektoru Tünzalə Yusifova, Şamaxı Dövlət Regional Kollecin direktoru İlham Vəliyev, Dağlıq Şirvan Regional təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Şamaxı rayon Ağsaqqallar şurasının sədri Mayıl Alıcanov və partiya veteranı Nəzakət Abdulrazaqova  çıxış edərək Cənab Prezident İlham Əliyevin ilk dəfə prezident seçildiyi gündən bugünədək Azərbaycan Respublikası üçün gördüyü işlərdən, düşmən üzərində qazandığı qələbələrdən geniş söhbət açıblar.

Sonda bir neçə gəncə təşəkkürnamə və partiya sıralarına yeni qəbul olmuş üzvlərə vəsiqələr təqdim olunub.

Keçidlər