Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda kartof yığımı davam edir

02 avqust 2022 | 09:31

Şamaxı rayonunda kartof yığımı davam edir və artıq 309 hektar sahənin məhsulu toplanılıb.

Cari mövsümdə 338 hektar sahədə kartof yetişdirilib, sahələrdən 3028 tona yaxın məhsul götürülüb.

Əksər ərazilərdə, o cümlədən Qızmeydan, Hacılı, Talışnuru, Əhmədli, Nağaraxana, Məlhəm və bir sıra digər inzibati ərazi dairələrində kartof yığımı başa çatıb. Hazırda qalan ərazilərdə də məhsulun tez və itkisiz yığılması üçün ciddi səy göstərilir.

Qeyd edək ki, kartofçuluq Şamaxıda ənənəvi təsərrüfat sahəsidir. İlboyu bu məhsula olan tələbat torpaq mülkiyyətçilərinin kartofçuluğa olan marağını artırır. Cari mövsümdə rayonda 3500 tonadək kartof istehsalı gözlənilir. Yığılan məhsulun bir hissəsi birbaşa yerli bazarlara, o cümlədən Bakı bazarlarına çıxarılır.

Keçidlər