Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda İkinci Hava Şarları Festivalı keçirilib

10 iyun 2024 | 09:04

İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilib.

Səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda olan hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.

Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

Hava şarlarında turist uçuşları hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirdiyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olub.

Saat 16:00-dan isə festivalın bədii proqramı start götürüb. iTicket.az saytı vasitəsi ilə tədbirdə qeydiyyatdan keçən şəxslər axşam saatlarınadək Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını izləyiblər. Əyləncə proqramında fərqli uşaqlar üçün ustad dərslərində iştirak etmək, müxtəlif kafe və restoranların təşkil etdiyi yemək zonalarına qatılmaq mümkün olub.

Keçidlər