Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda təlim keçirilib

07 sentyabr 2022 | 17:09

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün təlimlər davam edir.

Növbəti təlim Şamaxı rayonunda təşkil edilib.

Təlimlərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təlimçilər Azərbaycan Açıq Hökumət Platformasının kooridnatoru, hüquqşünas Əliməmməd Nuriyev, “Demokratiyanı öyrənmə” İB sədri, hüquqşünas Mirəli Hüseynov, Agentliyin əməkdaşları, Şamaxı, Ağsu, Göyçay, Qobustan, Kürdəmir, Ucar üzrə yerli icra hakimiyyətlərinin İctimai-siyasi və humanitar məsələlər üzrə müavinləri, müvafiq şöbənin müdirləri, yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuraların rəhbərləri və üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov rayonun sosial-iqtisadi inkişafından, qeyri-hökumət təşkilatlarının keçdiyi inkişaf yolundan, QHT-dövlət münasibətlərindən və bu cür təlimlərin keçirilməsinin səmərəliliyindən bəhs edib.

Təlimlər yerli icra hakimiyyəti orqanlarının ictimai iştirakçılıq, İctimai Şuralara seçkilərin təşkili və keçirilməsi prosesi, İctimai Şuraların hüquq və vəzifələri, fəaliyyət çərçivəsi, dövlət orqanlarının ictimai iştirakçılığın təmin olunması ilə bağlı öhdəlikləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub.

Keçidlər