Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Hipertoniya ayı” layihəsi çərçivəsində seminar keçirilib

16 may 2024 | 15:23

“İxtisas ayları” proqramının “Hipertoniya ayı” layihəsi çərçivəsində 16 may 2024-cü il tarixində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında Dağlıq Şirvan tibbi ərazi bölməsinə daxil olan tibb müəssisələrinin həkim-mütəxəssisləri üçün hipertoniya xəstəliyi barədə seminar keçirilib.

Seminarda Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, TƏBİB-in Layihələrin idarəolunması şöbəsinin müdiri Fəqan Həsənzadə, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru İmran Qurbanov və səhiyyə işçiləri iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov Şamaxı rayonunda səhiyyə sahəsində görülmüş işlərdən, COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə rayonda fəaliyyət göstərən tibb işçilərinin yüksək peşəkarlıq nümayiş etdirdiyindən danışıb, gələcəkdə region səhiyyəsi üçün görüləcək işlər barədə məlumat verib.

Daha sonra çıxış edən TƏBİB-in Layihələrin idarəolunması şöbəsinin müdiri Fəqan Həsənzadə “İxtisas ayları” proqramının “Hipertoniya ayı” layihəsi barədə geniş məlumat verib. O qeyd edib ki, proqram çərçivəsində hər ay müxtəlif tibbi ixtisaslara dair layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

“Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru İmran Qurbanov çıxışında bölgələrdə bu istiqamətdə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə digər çıxış edən həkim-mütəxəssislər hipertoniya xəstəliyi, onun yarada biləcəyi fəsadlar, xəstəliyin erkən aşkarlanması yolları və profilaktikası kimi mövzularda iştirakçılara geniş məlumat verdilər.

Keçidlər