Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Heydər Əliyev mərkəzlərinin ümumrespublika toplantısı keçirilib

06 may 2024 | 17:50

Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ölkə üzrə Heydər Əliyev mərkəzlərinin Şamaxıda toplantısı keçirilib.

Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr edilən toplantı müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin irsinin, dövlətçilik ənənələrinin, inkişaf strategiyasının öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılması və beynəlxalq müstəvidə təqdim edilməsi məqsədilə silsilə tədbirlər çərçivəsində keçirilib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Ulu Öndərin dövlətçilik fəlsəfəsindən danışıb, siyasi irsinin öyrənilməsinin vacibliyini qeyd edib, onun misilsiz tarixi xidmətlərinin tədqiq və inkişaf etdirilməsinin, geniş auditoriyalarda təbliğinin önəminə nəzər salıb və bu işlərdə Heydər Əliyev mərkəzlərinin rolunu vurğulayıb.

Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Rəna Məmmədova Mərkəzin fəaliyyəti haqqında danışıb. O, Heydər Əliyev irsinin dərindən öyrənilməsi, qorunub-saxlanması, geniş təbliği və tətbiqi məqsədilə silsilə tədbirlərin, ekskursiyaların, seminarların, elmi-praktik konfransların, müxtəlif yaş qruplarını əhatə edən layihələrin həyata keçirildiyini, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışlarının təşkil edildiyini, Heydər Əliyev məktəblərinin yaradıldığını bildirib.

Toplantıda Şamaxı, Suraxanı, Masallı, Zərdab, Şabran, Tərtər, Qax, Neftçala, İmişli rayon və Gəncə şəhər Heydər Əliyev mərkəzlərinin direktorları Ulu Öndərin irsinin araşdırılması istiqamətində təmsil etdikləri qurumların fəaliyyətindən, həyata keçirilən layihələrin önəmindən danışıblar.

Keçidlər