Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Heydər Əliyev İli” çərçivəsində “100 illik Bahar” adlı konsert proqramı keçirilib

16 mart 2023 | 18:07

Novruz bayramı ərəfəsində Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “100 illik Bahar” adlı konsert proqramı keçirilib.

Martın 16-da Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə rayon İcra Hakimiyyətinin, ADMİU nəzdində Humanitar Kollecin və rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsertdə Ümummilli lider Heydər Əliyevin sevərək dinlədiyi və Ona həsr olunmuş musiqi və mahnılar ifa olunub.

Keçidlər