Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda güclü külək və intensiv yağışın fəsadları aradan qaldırılır

16 aprel 2025 | 17:26

Şamaxı rayonunda müşahidə olunan güclü külək, intensiv yağış və leysanla bağlı rayon icra hakimiyyəti tərəfindən operativ tədbirlər davam etdirilir. Rayonda fəaliyyət göstərən müvafiq dövlət strukturları bütün ərazi üzrə dəymiş fəsadların aradan qaldırılması üçün səfərbər olunaraq gücləndirilmiş iş rejimində çalışır.

Güclü külək nəticəsində aşan ağacların ərazidən götürülməsi və ərazi üzrə sel ötürücü qurğuların nəzarətdə saxlanılması təmin olunur.

Qeyri-sabit hava şəraiti ilə bağlı rayonun elektrik şəbəkəsində də qısa müddətli fasilə yaranmış, görülmüş operativ tədbirlər nəticəsində rayonda fasiləsiz elektrik enerjisinin verilişi əsasən bərpa olunmuşdur.

Hazırda rayon ərazisində küləyin sürətinin zəiflədiyi müşahidə olunsa da, çaylarda selin səviyyəsinin yüksəldiyi, bəzi dağ kəndlərində yağışın və qarın yağması davam edir.

Keçidlər