Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda gender bərabərliyi, erkən nikah və məişət zorakılığına həsr olunmuş dəyirmi masa keçirilib

20 dekabr 2023 | 16:16

Şamaxı Rayon İcra Hakimiyyəti və Şamaxı Peşə Liseyinin birgə təşkilatçılığı ilə dekabrın 20-də “Gənclər arasında ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği”, “Erkən nikah və qohumlar arasında nikanlarının fəsadları”, “Gender bərabərliyi”, “Məişət zorakılığı və uşaqlara qarşı zorakılıq” mövzularında dəyirmi masa keçirildi.

Tədbirdən öncə liseyin tələbələri arasında məlumatlılıq səviyyəsini yoxlamaq üçün mövzu ilə bağlı suallardan ibarət sorğu keçirildi.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Mehriban Eyubova mövzunun aktuallığı barədə tədbir iştirakçılarına məlumat verərək bu gün ölkəmizdə və rayonda bu istiqamətdə görülmüş işlərdən söhbət açaraq bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev islam dinində ailəyə, qadına və təhsilə verilən mənəvi dəyərlər, Şamaxı Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların təşkilatı işlər qrupunun inspektoru, baş leytenant Rəşad Mahmudov və Şamaxı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək İsmayılov zorakılığını törədmiş və zorakılığa məruz qalmış şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər barədə dinləyicilərə geniş məlumat verdilər. Rayon mərkəzi xəstəxanasının İlkin səhiyyə xidməti şöbəsinin müdiri Leyla Bəkirova erkən yaşda şəxslərin ailə qurmağa fizioloji və psixoloji cəhətdən hazır olmadıqlarını, bu cür halların məişət zorakılığı, boşanmalar, doğuş zamanı ana-uşaq ölümləri, yaxın qohumlar arasında olan nikahlar zamanı xəstə uşaqların doğulması kimi bir çox aktual problemlərə yol açdığını vurğuladı, həmçinin məişət zorakılığının növləri, sağlam həyat tərzi, zərərli vərdişlərə qarşı mübarizə ilə bağlı ətraflı və maraqlı təqdimatla çıxış etdi.

Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər