Şamaxıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü qeyd olunub
16 dekabr 2025 | 16:04
16 dekabr 2025-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü və Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20-ci il dönümü münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, FHN-in regional və rayonda fəaliyyət göstərən struktur bölmələrinin rəhbər şəxsləri və əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin Şamaxı rayonunda yerləşən “N” saylı hərbi hissənin rəhbərliyi və şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül düzərək onun əziz xatirəsini yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.






