Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Fikrət Sadığın anadan olmasının 95-ci ildönümü qeyd olunub

11 iyun 2025 | 19:35

Şamaxıda Fikrət Sadığın anadan olmasının 95-ci ildönümü qeyd olunub.

Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində şair, publisist Fikrət Sadığın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və şair, tərcüməçi Zahid Sarıtorpaq şairin həyat yolu və yaradıcılığından bəhs edib, Fikrət Sadığın övladları Orxan Fikrətoğlu və Aysel Fikrət, onunla bağlı xatirələrini bölüşüb.

Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” ansamblı və əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad İsrəfilovun ifasında şairin sözlərinə bəstələnmiş mahnıların səsləndirilməsi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Keçidlər