Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktik konfrans keçirilib

02 dekabr 2023 | 10:41

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində yazıçı, ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin yaradıcılığına həsr olunmuş “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktik  konfrans keçirilib.

Tədbirdən öncə mərkəzin foyesində görkəmli yazıçı Əzizə Cəfərzadənin və şair-qəzəlxan, xanəndə-bəstəkar Ağakərim Nafizin əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü naminə canını qurban vermiş əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Əzizə Cəfərzadənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Mirzə Ələkbər Sabirin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, ADPU-nun Şamaxı filialının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Səmimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Milli Elmlər Akademiyasının əməkdaşı, "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin sədri Səkinə Bayramova və Şamaxı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Nəzakət Abdulrazaqova xalqımızın yüzillər boyunca formalaşmış  yüksək milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında zəngin şifahi ədəbi irsimizin yorulmaz tədqiqatçılarından olan Əzizə Cəfərzadənin yaradıcılığının böyük rol oynadığını vurğulayıblar.

Əzizə xanım Cəfərzadənin oğlu Turan İbrahimov anası ilə bağlı xatirələrini bölüşdü və yazıçının yaradıcılığına həsr olunmuş yeni çapdan çıxmış kitabları haqqında məlumat verib.

Keçidlər