Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Əziz Şuşa, sən azadsan” adlı tədbir keçirilib

03 iyun 2022 | 17:27

Şamaxı Mədəniyyət Mərkəzində “Şuşa İli” çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsi, Heydər Əliyev Mərkəzi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və Şamaxı İncəsənət Təhsili Mərkəzinin birgə təşkilatçılığı ilə “Əziz Şuşa, sən Azadsan” adlı tədbir keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyyubova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, şəhid ailələri, qazi və veteranlar, rayon ictimaiyyətinin nümayəndələri və məktəbli gənclər iştirak ediblər.

Əvvəlcə qonaqlar Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş “Şuşa İli”nə həsr olunmuş məktəbli gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxıblar.

Torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra icra hakimiyyəti başçısının müavini Mehriban Eyyubova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, şəhid atası Rza Nəbiyev, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış ediblər.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra “Şuşa İli”nin qeyd olunması ilə bağlı şəhər 3, 9 və 10 saylı tam orta məktəblərin şagirdlərinin hazırladığı şeir və musiqili kompozisiya, rayonun istedadlı və tanınmış müğənnilərinin konsert proqramı təqdim olunub.

Sonda “Əziz Şuşa, sən azadsan” adlı videorolik nümayiş etdirilib.

Keçidlər