Şamaxıda Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
Şamaxı Rayon İcra Hakimiyyəti və Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və rayonun səhiyyə sahəsində fəaliyyət göstərən tibb işçiləri iştirak edib.
Tədbirdə çıxış edən Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İmran Qurbanov, xəstəxananın həkim-oftalmoloqu Gülnarə Sadıqova, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovv və Milli Məclisin deputatı Tamam Cəfərova qayğıkeş insan, böyük ziyalı və gözəl ana kimi xatırlanan Zərifə xanımın həm də müxtəlif ağır ictimai-siyasi proseslərdə Ümummilli Lider Heydər Əliyevin yaxın silahdaşı olduğunu vurğulayıblar.
Natiqlər görkəmli akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, oftalmologiya sahəsində elmi məktəb yaratmasından söhbət açaraq, onun çoxşaxəli hümanitar missiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Tədbirdə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş olunub.