Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda əmək yarmarkası keçirilib

19 may 2022 | 15:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialı tərəfindən mayın 19-da Şamaxıda əmək yarmarkası keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon Mədəniyyət Mərkəzində təşkil olunan əmək yarmarkasında işaxtaranlara Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fəaliyyət göstərən, ümumilikdə 25 idarə, müəssisə və təşkilatlardan 250-dən çox vakant iş yeri təklif olunub. Tədbirdə 400-dən çox işaxtaran qeydiyyata götürülüb. Müvafiq sənədləşmə aparıldıqdan sonra 200-dən çox vətəndaşa ixtisas və peşələrinə uyğun vakant yerlərə göndəriş veriləcək.

 

Keçidlər