Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda "Azəriqaz" İB-nin növbəti “Açıq mikrofon”u keçirilib

22 dekabr 2022 | 17:41

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Bu dəfə “Səyyar qəbul otağ”ı Şamaxı rayonunda (Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində) təşkil olunub.

Şamaxı rayonunda baş tutan aksiyada ümumilikdə 14 müraciət səsləndirilib. Görüşdə hər bir müraciət Ağsu RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin həll edilməsi istiqamətində müxtəlif göstərişlər verilib.

Vətəndaşlar müraciətlərinə baxılması üçün onlara bu cür rahat şərait yaradıldığına görə Birliyə təşəkkür ediblər.

Keçidlər