Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda "Azəriqaz" İB-nin növbəti “Açıq mikrofon”u keçiriləcək

19 dekabr 2022 | 17:22

Bu həftə (dekabrın 20-23 tarixləri) daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

İB-dən bildirilib ki, aksiya həftənin 2-ci günü saat 13:00-dan 14:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Ağsu rayonunda (Bayraq Meydanı), 4-cü günü saat 12:00-dan 13:00-dək Şamaxı rayonunda (Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Ucar rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Keçidlər