Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda dəyirmi masa keçirilib

29 aprel 2023 | 16:36

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında  Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək bildirib ki, Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində baş verə biləcək təhlükələrin genişlənməsinə imkan vermədi, möhkəm iradəsi və qəti qərarları ilə Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaq, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Azərbaycan dövləti ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən siyasətçi kimi dəfələrlə söylədiyi “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” kəlamı dünyanın müxtəlif guşələrində yaşayan hər bir azərbaycanlının böyük iftixar və vüqarla səsləndirdiyi şüardır.

Daha sonra YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı rayon Ağsaqqallar şurasının sədri Mayıl Alıcanov, Şamaxı rayon Veteranlar şurasının sədri Ağarza Bayramov, şəhid anası Güllü Babaşova, Şamaxı Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Eybalı Ağayev və YAP-ın gənc fəalı Aytac Hacıyeva çıxış edərək qeyd etdilər ki, müstəqil Azərbaycan dövləti memarı və qurucusu dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin xalqımıza ən böyük töhfəsidir. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanı qoruyub yaşatmaq hər bir ölkə vətəndaşının borcudur. Müstəqil və azad xalq kimi yaşamağımız isə ən böyük qürurverici amildir. Heydər Əliyevin dövlətçilik ideyaları, yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Bu isə bir daha təsdiqləyir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Bu gün çox sevindirici haldır ki, Ümummilli Liderimizin ideyaları yaşayır, onun siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan günbəgün tərəqqi edir, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilir. Müstəqillik, həqiqətən də, xalqımızın böyük tarixi nailiyyətidir. Bizim isə əsas vəzifəmiz bu müstəqilliyi qoruyub saxlamaq və onu daha da möhkəmləndirməkdir.

Keçidlər