Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “Ailə problemləri cəmiyyətin qayğısıdır” mövzusunda praktik konfransı keçirilib

12 iyul 2024 | 12:40

İyulun 12-də Şamaxı Rayon İcra Hakimiyyəti, YAP Şamaxı rayon təşkilatı və Şamaxı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın “Ailə problemləri cəmiyyətin qayğısıdır” mövzusunda birgə praktik konfransı keçirilib.

Konfransı giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımov açıb.

Mövzu ilə əlaqədar Şamaxı RİH yanında İctimai Şuranın sədr müavini Nəzakət Abdulrazaqova məruzə edərək, ailədə zorakılığın qarşısının alınması, ata-ana məsuliyyətinin bərabər bölünməsinin, uşağın fikrinin ailə problemlərinin həllində nəzərə alınmasının, məsuliyyətsizliyin aradan qaldırılmasının uşaqların milli, vətənpərvər ruhda və psixoloji cəhətdən sağlam böyüməsinə əhəmiyyətli təsir göstərdiyini vurğulayıb.

Müzakirələrdə rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Nəsimi Mənəfov, RİH yanında İctimai Şuranın sədri Eybalı Ağayev, rayon Ağsaqqalar Şurasının sədri Mayıl Alıcanov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ağarza Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Şamaxı Cümə məscidinin axundu Mərəhməd Mustafayev, rayon Məhkəməsinin məsul işçisi Natiq Əzimov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı Rayon Təhsil Sektorunun müdiri Məsud Babayev və digər iştirakçılar müzakirələr iştirak edərək ailə problemlərinin həlli üçün təkliflərini veriblər.

Tədbirdə müasir dünyada baş verən qlobal dəyişikliklər, mənəvi dəyərlərin aşınma prosesinin getdiyi bir vaxtda ictimai əlaqələrin bütün sistemlərini birləşdirən ailənin təməl prinsiplərini qorumağın ciddiliyi qeyd olunub. Bildirilib ki, bu məsələ gündəlik qayğımıza çevrilməli, ailədə, məktəbdə, fərdlər arasında təsirli maarifləndirmə işləri aparılmalıdır. Bu zaman məsələyə müasir yanaşmalarla yanaşı, milli mənəvi dəyərlərin, ənənəvi ailə modelinin üstünlüklərinin qorunub saxlanılması unudulmamalıdır.

Müzakirələr vaxtı səsləndirilən təkliflərin ümumiləşdirilməsi və gələcəkdə sistemli tədbirlərin görülməsi nəzərdə tutulub.

Keçidlər