Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

07 mart 2024 | 20:20

Şamaxıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Azərbaycan Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova, şəhid anaları və rayonun ictimai-siyasi həyatında fəal qadınlardan bir qrupu iştirak edib.

Tədbirdə çıxış edənlər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə şəhid analarını, o cümlədən bütün xanımları təbrik edərək, qadınların Azərbaycan cəmiyyətinin inkişafındakı rolundan, milli-mənəvi dəyərlərimizin qorunmasında və gələcək nəsillərə çatdırılmasındakı rolundan geniş söhbət açıblar.

Tədbirdə çıxış edən şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Tədbir iştirakçılarına gül dəstələri və bayram hədiyyələri təqdim olunub.

Keçidlər