Şamaxıda 23 İyun - Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib
Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub.
Öncə rayonda fəaliyyət göstərən dövlət qulluqçuları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə dövlət idarəetməsi sahəsində görülmüş işlərdən, tətbiq olunan yeni texnologiyaların effektivliyindən, dövlət qulluqçusu və vətəndaş münasibətlərindən danışaraq tədbir iştirakçılarını peşə bayramları günü münasibəti ilə təbrik edib.
Rayon statistika idarəsinin rəisi Azər Məmmədov isə çıxışında dövlət qulluqçularının fəaliyyəti ilə bağlı ölkəmizdə yaradılmış maddi-texniki baza və sosial təminatın müqaisəli statistik təhlilini verib.
Sonda bütün tədbir iştirakçıları ölkəmizdə dövlət qulluğunda səmərəli fəaliyyətin qurulması üçün həyata keçirilən islahatlar və yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.