Şamaxıda "2 İyul - Azərbaycan Polisi Günü” qeyd edilib
Şamaxıda Azərbaycan Polisi Günü münasibətilə rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi yad edilib.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov peşə bayramı münasibətilə polis əməkdaşlarını təbrik edib. O qeyd edib ki, bu gün Prezident cənab İlham Əliyevin apardığı dayanıqlı siyasət nəticəsində dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və cəmiyyətimizdə əmin-amanlıq təmin edilib.
Sonra rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunmasında xidmətlərinə görə rayon polis şöbəsinin bir sıra əməkdaşlarına "Fəxri Fərman" və "Təşəkkürnamə"lər təqdim olunub.