Şamaxıda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib
09 iyun 2026 | 18:23
9 iyun 2026-cı il tarixində Şamaxı İncəsənət Təhsili Mərkəzi və Bakı şəhəri 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib.
Şamaxı İncəsənət Təhsili Mərkəzində keçirilmiş tədbirdə öncə uşaqların əs işlərindən ibarət sərgi, daha sonra mərkəzlərin müəllim və şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də Vətənə, dövlətçiliyə, milli-mənəvi dəyərlərə həsr olunmuş musiqi nömrələri tamaşaçılara təqdim olunub.






