Şamaxıda "14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib
14 iyul 2023 | 14:55
Şamaxı Rayon İcra Hakimiyyəti və YAP Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı "14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin tariximizdə müstəsna əhəmiyyətindən danışıb, həmin vaxtdan başlayaraq respublikamızın həyatının bütün sahələrinin köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyduğunu bildirib.
Sonra çıxış edənlər, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Eybalı Ağayev, İctimai Şuranın üzvləri Nəzakət Abdulrazaqova və Ağarza Bayramov Ümu mmilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək Dahi Şəxsiyyətin vətəninə, xalqına sədaqətlə xidmətlərindən, həyata keçirdiyi misilsiz layihələrdən, gördüyü işlərdən söhbət açıb, 1969-cu il 14 iyul tarixindən başlayaraq Azərbaycanın hər yerində olduğu kimi Şamaxıda da intibah dövrünün əsasının qoyulduğunu qeyd ediblər.
Çıxışlarda müasir və müstəqil Azərbaycan Respublikasının Ulu Öndər Heydər Əliyevin əsəri olduğu, əldə olunmuş nailiyyət və qələbələrin də əsasının məhz Ümummilli Lider tərəfindən qoyulduğu diqqətə çatdırılıb.