Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda “1 Oktyabr – Beynəlxalq Ahıllar Günü” ilə əlaqədar rayon ahıllarının iştirakı ilə növbəti poeziya saatı keçirilib

02 oktyabr 2022 | 18:20

Şamaxı şəhərində “1 Oktyabr – Beynəlxalq Ahıllar Günü” ilə əlaqədar rayon ahıllarının  iştirakı ilə növbəti poeziya saatı həyata keçirilib.

Tədbirdə Üçüncü Bahar İctimai birliyinin fəal üzvləri, Şamaxı şəhər Ağsaqqallar Şurasının sədri və üzvləri iştirak etmişdir. “YAŞA” Mərkəzinin üzvləri bir araya toplaşaraq, tanınmış şairlərin, eyni zamanda öz şeirlərini ifa etmişlər. Tədbir çay süfrəsi arxasında xoş söhbətlə davam etmişdir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və "Kapital Bank"ın maliyyə dəstəyi, Üçüncü Bahar İctimai Birliyinin təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. Bununla yanaşı pensiya yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər dərnəklər vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir.

Hal-hazırda Şamaxı “YAŞA” Mərkəzinin 100-dən çox fəal üzvü var.

Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə cari ilin oktyabr ayından etibarən “YAŞA” Mərkəzi fəaliyyətinə Heydər Əliyev prospektində  yerləşən “Şamaxı Yaradıcılıq Mərkəzi”nin binasında davam edəcəkdir.

Keçidlər