Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaq rəsmlərindən ibarət sərgi təşkil edilib

01 iyun 2022 | 16:48

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şamaxı rayonunda da tədbirlərlə qeyd edilib.

Rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin təşkilatçılığı ilə “Qoy həmişə sülh olsun” mövzusunda tədbir keçirilib. Tədbirdə mövzuya uyğun uşaq rəsmlərindən ibarət sərgi təşkil edilib, uşaqlara rəsm çəkmək üçün şərait yaradılıb.

Tədbir rayonun məktəbəqədər təhsil və ümumtəhsil məktəblərinin şagirdlərinin, ümumilikdə bütün uşaqların böyük marağına səbəb olub.

Keçidlər