Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı şəhərinin M.Ə.Rəsulzadə küçəsində su ötürücü kollektorda təmir işlərinə başlanılıb

09 avqust 2024 | 18:21

Şamaxı şəhərinin M.Ə.Rəsulzadə küçəsində yaşayan sakinlərinin müraciəti əsasında qeyd olunan küçədə su ötürücü kollektorda yaranmış problemlə əlaqədar rayon icra hakimiyyəti tərəfindən təmir işlərinə başlanılmışdır. Uzun illər istismar olunan 1200 mm diametrli su ötürücü kollektorun üstü açılmış, yaranmış tıxac təmizlənmiş, borunun korroziyaya uğramış hissəsi yenilənərək üzərinə beton örtüyü verilmişdir. Hazırda qeyd olunan ərazidə təmir-bərpa işləri davam etdirilir.

Keçidlər