Şamaxı şəhərində “Azəristiliktəchizat” ASC-nin sədri tərəfindən vətəndaş qəbulu keçiriləcək
04 iyun 2026 | 10:42
2026-cı ilin iyun ayının 25-i saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev tərəfindən Şamaxı rayonunda Şamaxı və Qobustan sakinləri üçün vətəndaş qəbulu keçiriləcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.
Qəbul Şamaxı şəhəri, Şəhriyar küçəsi 18 A ünvanında keçiriləcəkdir.
Məlumat və əlaqə üçün:
(+994 77) 418 03 44
(+994 77) 418 00 18
E-mail: info@azeristilik.gov.az






