Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Yusif Məmmədəliyev adına qəsəbə sakinləri ilə keçirilib
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Yusif Məmmədəliyev adına qəsəbə sakinləri ilə keçirilib.
Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Yusif Məmmədəliyev adına qəsəbə sakinləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərdindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı qəsəbə sakinləri tərəfindən əsasən kəndə gedən yolun gələcəkdə, soyuq qış aylarında qardan təmizlənməsi və qəsəbəyə ixtisaslı tibb işçisinin təyin olunması ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.