Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Qızmeydan və Pirbəyli kəndlərinin sakinləri ilə keçirilib
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Qızmeydan və Pirbəyli kəndlərinin sakinləri ilə keçirilib.
Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri, Qızmeydan və Pirbəyli kəndlərinin sakinləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərdindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Rayonun Qızmeydan kəndində keçirilən qəbul zamanı sakinlər tərəfindən Qızmeydan kənd əhalisinin su təminatının yaxşılaşdırılması, Pirbəyli kəndinin qazlaşdırılması və kənddaxili yolların təmiri əsas məsələlər kimi vurğulanıb. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.