Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Məlhəm kənd sakinləri ilə keçirilib

24 oktyabr 2024 | 17:21

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Məlhəm kənd sakinləri ilə keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Məlhəm kənd sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Məlhəm kənd sakinləri tərəfindən kəndin elektrik təsərrüfatının yenilənməsi və kənd əhalisinin su ilə təminatında yaranan problemlər əsas məsələ kimi vurğulanıb. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər