Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Kələxana kəndində keçirilib

16 yanvar 2024 | 10:08

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının qrafiq üzrə növbəti səyyar qəbulu rayonun Kələxana kəndində keçirilib.

Rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov respublikamızda aparılan islahatlar və bu sahədə hər bir kəsin üzərinə düşən vəzifələrdən danışıb.

Kələxana kənd sakinləri kənd məktəbinə gedən yolun bərpasını, bəzi işıq dirəklərinin yenilənməsini və internetin zəif olmasını əsas problem kimi qaldırıblar.

Vətəndaşlara bu məsələlərin tezliklə öz həllini tapacağı bildirilib.

Görüşdə sakinləri narahat edən digər məsələlər ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər