Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun İkinci Çaylı kənd sakinləri ilə keçirilib
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun İkinci Çaylı kənd sakinləri ilə keçirilib.
Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kəndlərin sakinləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərdindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı İkinci Çaylı kənd sakinləri tərəfindən əsasən kənddaxili küçələrin bərpası ilə bağlı müraciətlər səslənib. Həmçinin görüşdə sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.