Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Göylər və Yenikənd kəndlərinin sakinləri ilə keçirilib

17 aprel 2025 | 16:06

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Göylər və Yenikənd kəndlərinin sakinləri ilə keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri, Göylər və Yenikənd kəndlərinin sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Rayonun Göylər kəndində keçirilən qəbul zamanı sakinlər tərəfindən Göylər kəndinin mərkəzi küçəsində piyada keçidlərinin quraşdırılması, Yenikənd kəndində elektrik enerjisi təsərrüfatının yenilənməsi əsas məsələlər kimi vurğulanıb. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər