Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Çuxuryurd kənd sakinləri ilə keçirilib

21 noyabr 2024 | 18:08

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Çuxuryurd kənd sakinləri ilə keçirilib.

Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Çuxuryurd kənd sakinləri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.

Qəbul zamanı Çuxuryurd kənd sakinləri tərəfindən əsasən elektrik təsərrüfatında və su təminatında problemlər, kənd ərazisində yeni evlərin tikilməsi üçün torpaq sahələrinin ayrılması və kəndin mərkəzi küçəsində avtobus dayanacaqlarının quraşdırılması ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər