Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Çöl Göylər kəndində keçirilib

04 mart 2024 | 17:59

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının qrafiq üzrə növbəti səyyar görüşü keçirilib.

Rayonun Çöl Göylər kəndində keçirilən səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Qəbulda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək respublikamızda aparılan islahatlar və bu sahədə hər bir kəsin üzərinə düşən vəzifələrdən danışıb.

Qəbul zamanı Çöl Göylər kənd sakinlərinin arzu və təklifləri dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar yerlərdə sakinlərin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər