Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Birinci Çağan və İkinci Çağan kəndlərinin sakinləri ilə keçirilib
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Birinci Çağan və İkinci Çağan kəndlərinin sakinləri ilə keçirilib.
Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri, Birinci Çağan və İkinci Çağan kəndlərinin sakinləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərdindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı Birinci Çağan və İkinci Çağan kəndlərinin sakinləri tərəfindən əsasən fərdi müraciətlər səslənib. Sakinləri narahat edən suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.