Şamaxı rayonunun İkinci Cabanı kəndində modul tipli tam orta məktəb quraşdırılacaq
19 sentyabr 2022 | 15:48
İlin sonunadək Şamaxı rayonunun İkinci Cabanı kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 355 min manat ayrılıb.
Bu, Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” 2022-ci il 19 sentyabr tarixli Sərəncamında yer alıb.
Sərəncama əsasən, Azərbaycanda yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.