Şamaxı rayonunda Qurban bayramı münasibəti ilə "Damla" İctimai Birliyinin təşəbbüsü ilə aztəminatlı və Şəhid ailələrinin uşaqları üçün xeyriyyə tədbiri keçirilmişdir
Şamaxı rayonunda Qurban bayramı münasibəti ilə "Damla" İctimai Birliyinin təşəbbüsü ilə aztəminatlı və Şəhid ailələrinin uşaqları üçün xeyriyyə tədbiri keçirilmişdir.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin fəal üzvləri, Şəhid atası, ictimaiyyətçi Ceyhun Heydərov iştirak edirdilər. Tədbirdə təxmini 70-a yaxın uşaq iştirak edirdi. Tədbirdə uşaqlar üçün müxtəlif maarifləndirici oyunlar təşkil olunmuşdur. Uşaqlar qurban payları və "Damla" İctimai Birliyi tərəfindən təqdim edilən hədiyyələrlə təltif olunmuşlar.
Tədbirin sonunda "Damla" İctimai Birliyi, Araz Əhmədov, Heydərov Ceyhun, Samir Bağırlı təşəkkürnamə ilə təltif olundular. "Damla" İctimai Birliyinə xeyirxah fəaliyyətində uğurlar arzulayırıq.