Şamaxı rayonunda Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası və Dövlət Komissiyasının işçi qrupunun birgə iclası keçirilib
Şamaxı rayonunda Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası və Dövlət Komissiyasının işçi qrupunun birgə iclası keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Hikmət Şikarov, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov və müvafiq komissiyanın üzvləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon komissiyasının sədri Hikmət Şikarov son illər ərzində bu istiqamətdə görülmüş işlərdən danışaraq Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 11 mart 2022-ci il tarixli, iclasında qəbul edilmiş Qərarların icrası istiqamətində qarşıya qoyulmuş vəzifələri qeyd etdi.
Tədbirdə çıxış edən Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov Dövlət Komissiyası tərəfindən ölkə ərazisində görülmüş işlərdən həmçinin komissiya tərəfindən qəbul edilmiş qərarların icrası sahəsində birgə fəaliyyətin vacibliyindən danışdı.
Digər çıxış edən komissiya üzvləri rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədən bəhs edərək, komissiya tərəfindən görülmüş maarifləndirmə işlərindən və qarşılıqlı fəaliyyətin səmərəliliyindən söhbət açdılar.