Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda ”Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

17 noyabr 2025 | 17:53

Şamaxı rayon İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Şamaxı rayon Komissiyasının təşkilatçılığı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində 17 noyabr 2025-ci il tarixində ”Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Şamaxı rayon komissiyasının sədri Hikmət Şikarov, Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev və müvafiq komissiyanın üzvləri iştirak edib.

Rayon komissiyasının sədri H.Şikarov tədbiri giriş nitqi ilə açıq elan edib və natiq ölkə rəhbərinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli sərəncamı ilə təsdiq olunmuş  Narkomaniyaya qarşı 2025-2030-cü illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin davamı olaraq keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq və Dövlət Proqramının icrası istiqamətində mübarizəni gücləndirmək məqsədilə aidiyyəti orqanların üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı V.Quliyev gənclərin sağlam həyat tərzi seçmələrini tövsiyə edərək, onlara asudə vaxtlarını düzgün seçməyə, gənclər arasında narkomaniyanın yayılma təhlükəsinin qarşısının alınması və narkotik vasitələrin törətdiyi müxtəlif xəstəliklərdən qorunmanın zəruriliyi barədə gənclərə geniş məlumat verib.

Həmçinin tədbirdə iştirak edən Şamaxı Rayon Polis şöbəsinin rəis müavini Səid Seyidov narkotik maddələr, psixotrop vasitələrin tərkibləri barədə geniş məlumat verərək, gənclərə məsuliyyətli olmağı, zərərli vərdişlərdən uzaq durmağı, öz sağlamlıqlarına biganə qalmamağı və cəmiyyətimizin inkişafı üçün bu mövzuda maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib.

Digər çıxış edən komissiya üzvü Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov əsrin bəlasına çevrilən narkomaniyanın ümumbəşəri problem olmasından, onun insan orqanizminə, sağlamlığına ağır zərbə vurmasından və gənclərin zərərli vərdişlərə qarşı diqqətli olmalarını tövsiyə edib.

Tədbir mövzu ilə bağlı gəncləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Keçidlər