Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda məhkəmə hökmlərinə əsasən təqsirləndirilmiş şəxslərdən götürülmüş narkotik vasitələr, psixotrop maddələr və prekursorlar məhv edilib

16 iyun 2023 | 14:14

İyunun 16-da Şamaxı Rayon İcra Hakimiyyətinin yanında fəaliyyət göstərən “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələr və prekursorların Məhvetmə Komissiyası”nın tədbiri keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Hikmət Şikarov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məsul əməkdaşı Vasif Quliyev, Şamaxı rayon prokurorunun müavini, Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələr və prekursorların Məhvetmə Komissiyasının sədri Anar Nağıyev, komissiyanın üzvləri, Şamaxı Rayon Məhkəməsinin baş məsləhətçisi Natiq Əzimov, Şamaxı Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Elçin Osmanov, Dövlət Təhlükəsizlik Xidmətinin Şamaxı Rayon Şöbəsinin əməkdaşı, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İnsan resusları şöbəsinin müdiri Bəxtiyar Quliyev və komissiyanın katibi, Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Ağamil Əzizov iştirak ediblər.

Tədbirdə aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən məhkəmə hökmlərinə əsasən təqsirləndirilmiş şəxslərdən götürülmüş narkotik vasitələr məhv edilib və kütlənin külü qazılaraq torpağa basdırılıb.

Tədbirin sonunda müvafiq akt tərtib olunub.

Keçidlər