Şamaxı rayonunda iftar süfrəsi açılıb
04 aprel 2024 | 13:15
3 aprel 2024-cü il tarixində rayon icra hakimiyyətinin təşəbbüsü ilə Şamaxı Cümə Məscidində iftar məclisi təşkil olunub.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak edib.
İftar məclisində Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayev tərəfindən Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib.