Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda iftar məclisi təşkil olunub

18 mart 2026 | 15:35

17 mart 2026-cı il tarixində rayon icra hakimiyyətinin və Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü ilə Şamaxı Cümə Məscidində iftar məclisi təşkil olunub.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak edib.

İftar məclisində Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayev tərəfindən Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib.

Keçidlər